«Azercell» müştərilərə saathesabı internet paketləri təklif edir

«Azercell» müştərilərə saathesabı internet paketləri təklif edir
# 18 dekabr 2012 07:40 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telekom» şirkəti mobil internetdən istifadə imkanlarını genişləndirib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, artıq «Azercell» abunəçiləri 1 saat, 3 saat və həftəsonu «Tam limitsiz» internet paketlərindən istifadə edə bilər. Belə ki, 1 saatlıq internet paketinin qiyməti 0,4 manat, 3 saatlıq internet paketinin qiyməti 1 manat, həftəsonu «Tam limitsiz» internet paketinin qiyməti isə 2,4 manat təşkil edir. Paketlərdən birini aktiv etmək üçün müvafiq açar sözlərindən birini («1 saat», «3 saat» və ya «həftəsonu») 2525 qısa nömrəsinə göndərmək lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR