Təzəpir məscidində qanvermə aksiyası və Aşura mərasimi keçirilib - FOTOSESSİYA

Təzəpir məscidində qanvermə aksiyası və Aşura mərasimi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 25 noyabr 2012 10:38 (UTC +04:00)

A. Paşazadə jurnalistlərə açıqlamasında bütün əzadarlara başsağlığı verib: “Biz Aşura gününü daha çox hiss edirik. Çünki İmam Hüseynlə (ə.s.) birlikdə bizim Qarabağ boyda böyük dərdimiz, şəhidlərimiz var. Biz şəhidliyin nə olduğunu çox yaxşı bilirik. Allah bütün şəhidlərə rəhmət eləsin”.

Şeyxülislam təklif edib ki, gələcəkdə Səhiyyə Nazirliyi qanvermə ilə bağlı xüsusi proqram hazırlasın: "Yəni, insanlar təkcə Aşura günü deyil, başqa günlərdə də - bütün il ərzində İmam Hüseyn (ə.s.) yolunda, şəhidlər yolunda niyyət tutaraq qan vermək istəsə, bunu edə bilsin. Bəzən bizə Avropada, başqa yerlərdə xor baxırlar, deyirlər ki, bu insanlar başa düşmür, qan çıxarırlar. Əslində, Şəriətdə belədir ki, istər başqasına zərbə vur, qanını çıxar, öldür, istərsə də öz qanını çıxar, ikisi də eyni günahdır. Ona görə də, ən yaxşısı ehtiyacı olanlara qan verməkdir".

Qanvermə aksiyası davam edir.

Qeyd edək ki, Aşura mərasimləri ilə əlaqədar Bakıda altı məsciddə və bir ziyarətgahda, bölgələrdə isə altı məsciddə QMİ-nin xətti ilə qanvermə aksiyası keçirilir. Vətəndaşlar Təzəpir, Hacı Soltanəli, Bibiheybət, İçərişəhər Cümə, Qaraçuxur, Keşlə qəsəbə məscidlərində, Mir Mövsüm ağa ziyarətgahında, Sumqayıt şəhər Cümə məscidində, Gəncədəki İmamzadə məscidində, Mingəçevir şəhər Heydər məscidində, Şəki şəhər məscidində, Lənkəran şəhər Böyükbazar məscidində və Bərdə şəhər Cümə məscidində qanvermə aksiyasına qoşula bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR