Vəkillər “Sepah”la əməkdaşlıqda təqsirləndirilən dəstə üzvlərinə bəraət istəyiblər

Vəkillər “Sepah”la əməkdaşlıqda təqsirləndirilən dəstə üzvlərinə bəraət istəyiblər
# 20 dekabr 2012 14:32 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində İran İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”) ilə əməkdaşlıqda ittiham olunan 22 nəfərlik dəstə üzvlərinin apellyasiya şikayəti əsasında məhkəmənin baxış iclası keçirilib.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərin vəkilləri çıxış edərək, müdafiə etdikləri şəxslərin barəsində bəraət hökmünün çıxarılmasını xahiş ediblər.

Proses dekabrın 21-də davam etdiriləcək.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində 22 nəfər şəxs saxlanılıb. Məlumata görə, saxlanılan şəxslər İran İslam Respublikasının xüsusi xidmət orqanı olan “Sepah”la məxfi əməkdaşlıq edib, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə üçün məlumatlar toplayıb, eləcə də İranın xüsusi xidmət orqanlarının nümayəndələrinə kömək edə biləcək şəxsləri axtarıb taparaq onları “Sepah”ın əməkdaşları ilə əlaqəyə təhrik ediblər. İran isə həmin şəxslərin “Sepah”la əlaqələrini təkzib edib.

Saxlanılan şəxslər Kərimov Niyazi Əlövsət oğlu, Əliyev Mübariz İsmayıl oğlu, Tağıyev Elman Ramiz oğlu, Cəlilov Nüsrət Aydın oğlu, Qasımov Rahim Müseyib oğlu, Zəkiyev Məmmədtağı Əlikram oğlu, Həşimov Bəhram Nazim oğlu, Abbasov Ayaz Fərədağa oğlu, Abbasov Əfqan Fərid oğlu, Məmmədov Şahin Həsənağa oğlu, Ağayev Mirələsgər Mirqasım oğlu, Zülfüqarov Rövşən Abdulbağı oğlu, Ələkbərov Həmidağa Tofiq oğlu, Qasımov Seymur Səxavət oğlu, Rəsulov Taleh Əliyusif oğlu, Həbibov Ceyhun Valeh oğlu, Kərimov Elçin Ələsgər oğlu, Məmmədov Zahid Gülbudaq oğlu, Zəkiyev Əbülfəz Əlikram oğlu, Bəşirov Əli Əli İsa oğlu, Nuriyev Gülhüseyn Əhmədağa oğlu və Fərəcov Asif Fərəc oğludur. Onlar Cinayət Məcəlləsinin 28. 214.2.1 (cinayətə hazırlıq; terrorçuluq; qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;), 28, 214.2.3 (cinayətə hazırlıq; terrorçuluq; odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə;), 228. 2.1 (qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, başqasına vermə və daşıma) və 274-cü (dövlətə xəyanət) maddələri ilə təqsirli biliniblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslər 10-15 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən isə apellyasiya şikayəti verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR