Bakıda GUAM-ın terrorçuluqla mübarizə üzrə alt qrupunun yığıncağı keçirilib

Bakıda GUAM-ın terrorçuluqla mübarizə üzrə alt qrupunun yığıncağı keçirilib
# 27 noyabr 2012 10:41 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Bakıda GUAM-ın terrorçuluqla mübarizə üzrə işçi alt qrupunun 9-cu yığıncağı keçirilib. APA-nın GUAM-ın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, nümayəndə heyətləri milli qanunvericilik, operativ vəziyyət, terrorçuluqla mübarizə və terror təhlükəsi haqda xəbərdarlıq sahəsində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparıblar.

Görüşdə kiber-terrorçuluğa qarşı mübarizə, bu sahədə milli qanunvericiliyin hazırlanması təcrübəsi və hüquqazidd əməllərin aşkara çıxarılması, qarşısının alınması praktikası da müzakirə edilib.

İclasın yekunlarına dair Protokol imzalanıb.

Növbəti toplantı 2013-cü ilin aprelində Bakıda keçiriləcək.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR