Bu il Azərbaycanda hər bir ölkə sakini ərzaq mallarına orta hesabla ayda 85 manat xərcləyib

Bu il Azərbaycanda hər bir ölkə sakini ərzaq mallarına orta hesabla ayda 85 manat xərcləyib
# 07 dekabr 2012 06:41 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində 15,4 mlrd. manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,4% çox istehlak malları satılıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə satılmış ərzaq məhsullarının həcmi 2,4% artaraq 8,6 mlrd. manata, qeyri-ərzaq mallarının həcmi isə 19,9% artaraq 6,8 mlrd. manata bərabər olub: «Ötən ilin 11 ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində ərzaq məhsullarının xüsusi çəkisi 3,9 faiz bəndi azalaraq 55,7%, qeyri-ərzaq mallarının xüsusi çəkisi isə artaraq 44,3% təşkil edib».

Qeyd edək ki, hesabat dövründə pərakəndə ticarət şəbəkəsindən hər bir ölkə sakini orta hesabla ayda 84,8 manatlıq ərzaq, 67,4 manatlıq qeyri-ərzaq malları alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR