Zimbabvedə içərisində 64 sərnişin olan yük maşını uçuruma düşüb, 18 nəfər həlak olub

Zimbabvedə içərisində 64 sərnişin olan yük maşını uçuruma düşüb, 18 nəfər həlak olub
# 27 dekabr 2012 02:49 (UTC +04:00)

Bakı-APA. Zimbabvenin ucqar rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 18 nəfər həlak olub.

Onde Vadisi rayonunda sərnişin daşıyan yük avtomobili dağ yolunda idarəetməni itirərək uçuruma düşüb. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, nəticədə 18 nəfər həlak olub, daha 46 sərnişin isə yaralanıb. İlkin versiyaya əsasən, qəza yolun bərbad vəziyyətdə olması səbəbindən baş verib.

Üstü açıq yük avtomobilləri Zimbabvedə ictimai nəqliyyat kimi çox geniş istifadə edilir. İctimai nəqliyyat kimi istifadə olunan yük avtomobillərinin əksəriyyəti qəzalı vəziyyətdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR