Azərbaycanın Dövlət Komissiyası Telman Alıyevin girovluqdan azad olunması zamanı Ermənistanı prosedurdan kənara çıxmaqda ittiham edib

Azərbaycanın Dövlət Komissiyası Telman Alıyevin girovluqdan azad olunması zamanı Ermənistanı prosedurdan kənara çıxmaqda ittiham edib
# 30 noyabr 2012 11:20 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistanın müvafiq qurumlarını Qazax rayon sakini Telman Alıyevin girovluqdan azad olunması zamanı razılaşdırılmış prosedurdan kənara çıxmaqda ittiham edib.

APA-nın Komissiyanın rəsmi saytına istinadən məlumatına görə, noyabrın 12-də Ermənistan hərbçiləri tərəfindən girov götürülən Telman Alıyevin bu gün geri qaytarılması insidentsiz başa çatsa da, erməni tərəfi əvvəlcədən razılaşdırılmış prosedurdan kənara çıxaraq bir gün öncə bu barədə açıqlama verib, proses günü jurnalistlərin iştirakına şərait yaradıb və görüş yerinə silahlı hərbçilərlə gəlib: “Bununla əlaqədar Dövlət Komissiyası yerindəcə iradını bildirib və bu irad Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Ermənistanın Dövlət Komissiyasının prosesdə iştirak edən əməkdaşlarının diqqətinə çatdırılıb. BQXK-də öz növbəsində Ermənistan Respublikasının Dövlət Komissiyasını bu addımdan çəkindirməyə səy göstərib, lakin buna müvəffəq ola bilməyib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR