Rusiya Suriyaya 240 ton əsginas göndərib

Rusiya Suriyaya 240 ton əsginas göndərib
# 27 noyabr 2012 08:36 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. İyulun 9-dan sentyabrın 15-dək Moskvanın “Vnukovo” hava limanından Dəməşqə hərəsində 30 ton əsginas olan Suriya Hərbi-Hava Qüvvələrinə aid səkkiz İl-76 təyyarəsi göndərilib.

APA-nın “Gazeta.kz” saytına istinadən verdiyi məlumata görə əsginasların nominalı və vahidi barədə heç bir informasiya verilmir. Məlumata görə, əsginasları daşıyan İl-76 təyyarələri Türkiyədən yox, dolayı yolla Azərbaycan, İran və İraq hava məkanından keçməklə Dəməşqə uçublar.

Əvvəllər Suriyanın öz pullarını Rusiyada çap etdirməsi haqda məlumatlar yayılıb. Rusiyanın “Qoznak” federal dövlət unitar müəssisəsinin rəhbəri Arkadi Tkaçuk 2012-ci ildə Suriya üçün pul çap etdiklərini təsdiqləyib. Bundan əvvəl pulları Avstriya Mərkəzi Bankının törəmə şirkəti çap edib, lakin Avropa Birliyi və Suriya arasında əlaqələr pozulduğuna görə bank əsginasları çap etməkdən imtina edib.

Qeyd edək ki, vətəndaş müharibə səbəbindən Suriya nağd pul çatışmazlığı ilə üzləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR