Zərdabda bıçaqlanma hadisəsi baş verib

Zərdabda bıçaqlanma hadisəsi baş verib
# 30 noyabr 2012 10:57 (UTC +04:00)

Zərdab. Zahid Abışov – APA. Zərdab rayon sakini bıçaqlanıb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Zərdab şəhərində qeydə alınıb. Rayon sakini Sənan Xəlilov münaqişə zəminində həmyerlisi, 1992-ci il təvəllüdlü İsaqlı İnşallah Əbilqasım oğlunu bıçaqlayıb. Yaralı təcili olaraq Ucar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, bıçaq xəsarəti almış İ.İsaqlı əməliyyat olunub, hazırda vəziyyəti qənaətbəxşdir.

Polisin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Sənan Xəlilov tutularaq istintaqa cəlb olunub. Faktla bağlı Zərdab rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR