Bakıda avtomobillərdən oğurluq edilən şəxs həbs edilib

Bakıda avtomobillərdən oğurluq edilən şəxs həbs edilib
# 14 dekabr 2012 09:19 (UTC +04:00)

Bakı. Fuad Cəfərov-APA. Bakıda avtomobillərdən oğurluq edilən şəxs həbs edilib. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bir neçə cinayət əməlində şübhəli bilinən, Ağdaş rayon sakini Elturan Yusibov dekabrın 12-də tutulub.

Məlum olub ki, o, noyabrın 21-nə keçən gecə Mir Cəlal küçəsində Bəyalı Məmmədova məxsus «KİA» markalı avtomaşından şüşəni sındırma yolu ilə sənədlər oğurlayıb, noyabrın 22-nə keçən gecə isə A. Mustafayev küçəsində Rəşad Dadaşova məxsus «KİA Sportage» markalı avtomaşından oğurluğa cəhd edib.

Bundan əlavə, noyabrın 23-nə keçən gecə A. Məhərrəmov küçəsində Rüfət İsayevə məxsus «Nissan» markalı avtomaşından şüşəni sındırma yolu ilə ətir, Salman Hacıyevin idarə etdiyi «Mersedes» markalı avtomaşından eyni yolla 1700 manat və saat oğurlayıb. E.Yusibov dekabrın 1-nə keçən gecə Cavadxan küçəsində Vəzir İsmayılova məxsus «Mersedes» markalı avtomaşından pul oğurlayıb, Məmmədiyə Əbdülrəhimova məxsus «Hunday» markalı avtomaşının isə yan şüşəsini sındırıb. Eyni zamanda, o, dekabrın 11-nə keçən gecə Cavadxan küçəsində İqbal Bəşirova məxsus «MG-350» markalı avtomaşından şüşəni sındırma yolu ilə mobil telefon oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR