Bakıda “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası: 20 il: inkişaf mərhələləri” adlı beynəlxalq konfrans keçirilir - FOTOSESSİYA

Bakıda “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası: 20 il: inkişaf mərhələləri” adlı beynəlxalq konfrans keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 23 noyabr 2012 08:15 (UTC +04:00)

APA-nın xəbərinə görə, konfransda çıxış edən TQDK sədri Məleykə Abbaszadə bildirib ki, 1992-ci ildən keçən 20 il ərzində TQDK-nın keçirdiyi 22 növ imtahanda 2 milyon 155 min insan iştirak edib: “Bu o deməkdir ki, TQDK-nın keçirdiyi imtahanlarda hər bir ailənin ən azı bir üzvü iştirak edib. Azərbaycanda test üsuluna əsaslanan imtahan sisteminin qorunub saxlanması, mükəmməl elmi əsaslara və müasir texnologiyalara əsaslanan milli qiymətləndirmə sisteminin formalaşması Heydər Əliyevin xüsusi qayğısı nəticəsində mümkün olub”.

TQDK sədri deyib ki, Komissiya 1999-cu ildən əhaliyə elektron xidmətlər göstərməyə başlayıb. Hər il TQDK-nın göstərdiyi elektron xidmətlərdən 200 mindən çox insan yararlanır. 1995-ci ildən TQDK-da “Mənim məktəbim” portalı yaradılıb. Həmin portala 4500 məktəbin qəbul imtahanlarında göstərdiyi göstəricilər əks olunub. Bu ildən həmin portala şagirdlərin buraxılış imtahanlarında göstərdiyi nəticələr də daxil olub. TQDK-da “Tələbə-məzun elektron bazası”nın yaradıldığını deyən M.Abbaszadə deyib ki, bu bazaya 1992-2012-ci illərdə qəbul imtahanlarında iştirak edən şəxslər haqqında məlumatlar daxil olub. Bazaya ölkədə fəaliyyət göstərən bütün ali və orta ixtisas məktəbləri, bir sıra dövlət qurumları qoşulublar. İndiyədək ali məktəblər tərəfindən bazaya 83 mindən çox insan haqqında məlumat daxil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR