“Sepah” komandanı ABŞ-a xəbərdarlıq edib

“Sepah” komandanı ABŞ-a xəbərdarlıq edib
# 18 dekabr 2012 09:58 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “ABŞ Fars körfəzində hərbi mövcudluğunu saxlamağa çalışır. Ancaq ABŞ-ın bölgədəki hansısa bir hərəkəti təhlükəsizliyimizə xələl gətirərsə, bu vəziyyətdən özləri də zərərli çıxacaq”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu fikirləri İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) Hərbi-Dəniz Qüvvələrinin komandanı, admiral Əli Fədəvi səsləndirib.

Onun sözlərinə görə, Fars körfəzi və Hörmüz boğazında hər cür təhlükə bütün dünyanı təhdid edəcək. Ə.Fədəvi əlavə edib ki, hər il ən azı bir manevr keçirirlər: “Bundan əlavə, ictimaiyyətə açıqlanmayan hərbi təlimlər də reallaşdırırıq. Bu ilin sonuna qədər də bölgədə hərbi manevr keçirəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR