Dow Jones indeksi 0,5%, S&P 500 0,5%, Nasdaq 0,3% enib

Dow Jones indeksi 0,5%, S&P 500 0,5%, Nasdaq 0,3% enib
# 04 dekabr 2012 06:41 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Dekabrın 3-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 12 966 bəndədək, S&P 500 0,5% - 1 410 bəndədək, Nasdaq 0,3% - 3 002 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına ölkədə işgüzar fəallığı indeksinin noyabr ayında 50%-dən aşağı düşməsi barədə statistik məlumatlar təsir edib.

Avropa fond bazarlarında dekabrın 3-də FTSE 100 indeksi 0,1% - 5 871 bəndədək, Almaniya DAX-ı 0,4% - 7 435 bəndədək, Fransa CAC-40-ı 0,3% - 3 567 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% azalaraq 1 711,6 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3055 (+0,2%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR