Bu il Ceyhandan dünya bazarlarına 24,4 mln. ton Azərbaycan nefti çıxarılıb

Bu il Ceyhandan dünya bazarlarına 24,4 mln. ton Azərbaycan nefti çıxarılıb
# 12 noyabr 2012 14:47 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin oktyabr ayı ərzində Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarlarına 2 014,671 min ton Azərbaycan nefti çıxarılıb.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, bu həcmin 1 588,490 min tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

Cari ilin yanvar-oktyabr aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 24 443,906 min ton olub. Ümumiyyətlə, BTC istismara verilən gündən 2012-ci il noyabrın 1-ə qədər Ceyhan limanından 198 461,934 min ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR