«Paşa Sığorta» nizamnamə kapitalını artırır

«Paşa Sığorta» nizamnamə kapitalını artırır
# 29 noyabr 2012 14:58 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Paşa Sığorta» ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 887,5 manat, sayı 40 min ədəd, emissiyanın ümumi həcmi isə 35,5 mln. manat təşkil edir.

Emissiya «Paşa Sığorta»nın bundan öncə qeydiyyata alınmış (hər birinin nominal dəyəri 875 manat olan 40 min ədəd və 35 mln. manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Yerləşdirmə başa çatdıqdan sonra sığorta şirkətinin nizamnamə kapitalı 14,3% artaraq 35,5 mln. manata çatacaq.

Xatırladaq ki, «Paşa Holding»ə daxil olan «Paşa Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 35 mln. manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR