Qırğızıstan və Azərbaycan MDB məkanında Gömrük İttifaqının yaradılmasına daha çox mənfi yanaşır

Qırğızıstan və Azərbaycan MDB məkanında Gömrük İttifaqının yaradılmasına daha çox mənfi yanaşır
# 14 noyabr 2012 09:02 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Qırğızıstan və Azərbaycan MDB məkanında Belarus, Qazaxıstan və Rusiya arasında yaradılan Gömrük İttifaqının yaradılmasına daha çox mənfi münasibət göstərir. APA-nın məlumatına görə, bu barədə Avrasiya İnkişaf Bankının “AİB-ın İnteqrasiya Barometri” adlı araşdırmasında bildirilir.

Qırğızıstanda keçirilən sorğuya əsasən, respondentlərin 67%-i bu birliyə müsbət, 8%-i mənfi yanaşır, 15% isə bitərəfdir. Azərbaycanda Gömrük İttifaqına mənfi münasibət göstərənlərin sayı MDB ölkələri arasında ən yüksəkdir – 11%. Respondentlərin 46%-i bitərəf qalıb, 38%-i isə bu təşkilatı münasib bilir. Bu, Gürcüstanla birgə müsbət münasibət göstərən ölkələr sırasında ən aşağı nəticələrdən biridir.


Qazaxıstan isə əksinə, müsbət münasibət göstərən ölkələr arasında birinci yerdədir (80%). Onun ardınca Tacikistan (76%) və Rusiya gəlir (72%). Orta hesabla MDB ölkələrinin əhalisinin 61%-i üç ölkə arasında yaradılan Gömrük İttifaqına “hə” deyib.


Qeyd edək ki, sorğu 2012-ci ilin aprel-may aylarında, hər bir MDB ölkəsində 950-2000 respondent arasında aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR