Milli Məclis hakimlərin təyin olunması barədə qərarlar qəbul edib

Milli Məclis hakimlərin təyin olunması barədə qərarlar qəbul edib
# 21 dekabr 2012 09:34 (UTC +04:00)

APA-nın məlumatına görə, Milli Məclis Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi İslam Əliyevi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədr müavini İlham Cəfərovu Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi barədə təklifi təsdiqləyib.

Parlament eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi, səlahiyyət müddəti 2013-cü il yanvarın 2-də başa çatacaq İlqar Mirzəyevi yenidən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi, səlahiyyət müddəti 2013-cü il yanvarın 2-də başa çatacaq Hüseyn Nəbiyevin təkrar Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi barədə təklifin təsdiq olunması barədə qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR