Türkiyə Qızıl Ay Cəmiyyətinin nümayəndə heyəti Azərbaycana gəlib - FOTOSESSİYA

Türkiyə Qızıl Ay Cəmiyyətinin nümayəndə heyəti Azərbaycana gəlib   - <span style="color: red;">FOTOSESSİYA
# 15 noyabr 2012 11:24 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Türkiyə Qızıl Ay Cəmiyyətinin prezidenti Əhməd Lütfi Akar və onu müşayiət edən nümayəndə heyəti Azərbaycana səfərə gəlib. APA-nın məlumatına görə, əvvəlcə Türkiyə nümayəndə heyəti ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərliyi arasında rəsmi görüş keçirilib. Sonra Türkiyənin Azərbaycandakı səfirliyində ikitərəfli əməkdaşlıq, humanitar yardımların göstərilməsi və gələcək strateji xəttin müəyyən edilməsinə dair anlaşma Memorandumu imzalanıb.

Mərasimdə çıxış edən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri Novruz Aslanov bu səfərin hər iki cəmiyyət üçün strateji əhəmiyyəti olduğunu deyib. O bildirib ki, iki qurum arasında əməkdaşlıq uzun illərdir səmimi şəkildə davam edir: “Bu gün Azərbaycan iqtisadiyyatı yüksələn xətt üzrə inkişaf edir. Lakin biz 1992-ci ildə türkiyəli həmkarlarımızın Azərbaycana verdiyi dəstəyi unutmuruq. Ermənistanın təcavüzü nəticəsində yurd-yuvalarından didərgin düşmüş azərbaycanlılar üçün göstərdiyiniz tibbi, ərzaq və psixoloji yardımı xatırlayırıq və unutmuruq”.

Əhməd Lütfi Akar isə azərbaycanlı həmkarları ilə heç bir məsələdə fikir ayrılığı olmadığını və imzalanan sənədin yalnız rəsmi xarakter daşıdığını söyləyib: “Bu sənəd sadəcə, əlaqələrimizin hansı səviyyədə olması barədə dünyanı məlumatlandırmaq üçündür. Onsuz da bizim əməkdaşlığımız mövcuddur və bütün sahələrdə birgə fəaliyyət göstəririk”.

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun bəyan edib ki, Azərbaycanla Türkiyə arasında əlaqələr mükəmməldir və bu əlaqələrin daha da inkişaf etdirilməsi vacibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR