Hüseyn Bağırov: “Ekoloji problemləri həll etmək üçün büdcədən xüsusi vəsait ayırmaq həlledici deyil”

Hüseyn Bağırov: “Ekoloji problemləri həll etmək üçün büdcədən xüsusi vəsait ayırmaq həlledici deyil”
# 12 noyabr 2012 10:57 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA “Biz elə etməliyik ki, ətraf mühitə təsir edənlər öz məsuliyyətini başa düşsün və bu təsiri sıfıra endirsinlər. Bunun üçün büdcədən xüsusi vəsait ayırmaq vasitələrdən biri ola bilər, amma həlledici deyil”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

O bildirib ki, ətraf mühitə bütövlükdə cəmiyyət, vətəndaş cəmiyyətinin üzvləri, insanlar, zavodlar, turistlər, nəqliyyat təsir edir. Nazirin fikrincə, əgər kimya sənayesi daha effektiv texnologiyalara əl atırsa, nəqliyyatda daha sərt standartlara cavab verən sistemə üstünlük verilirsə, nəticədə ətraf mühitə təsirlər azalmış olur: “Hər halda bütün təsirlər iqtisadi inkişaf naminə olmalıdır. Əgər hansısa təşkilat bunların qarşısını almağa xidmət edəcəksə, bu əvvəldən özümüzü aldatmaq deməkdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR