«Baku Electronics»in yeni mağazası açılıb - FOTO

«Baku Electronics»in yeni mağazası açılıb   - <span style="color: red;">FOTO
# 17 dekabr 2012 07:00 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. «Baku Electronics» şirkəti Azərbaycan paytaxtının mərkəzində yeni mağazasını istifadəyə verib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «Baku Electronics»ın yeni dükanı «Sahil» metro stansiyasının yaxınlığında açılıb. Şirkətin Kommersiya Departamentinin müdiri Hikmət Hüseynov yeni mağaza haqqında danışarkən qeyd edib ki, «Baku Electronics» daim məişət texnikası və elektronika mallarını eyni məkanda alıcılara təqdim edən bir şirkət olub: «Lakin «Sahil» mağazası nisbətən fərqli konseptlə çalışacaq. Burada müştərilər sadəcə elektronika məhsullarını, o cümlədən, televizorlar, telefonlar, kompüter, noutbuk və planşetlər, habelə digər elektron mallarını əldə edə bilərlər. Təbii olaraq, ən uyğun kredit şərtləri və «Baku Electronics»ın zəmanəti ilə».

Qeyd edək ki, açılış günü yeni açılmış mağazaya toplaşan qonaqlar «Samsung», «Apple», «Toshiba», HP, «Canon» kimi brendlərin müxtəlif məhsul və aksessuarlarının geniş çeşidi ilə tanış olublar. «Baku Electronics»ın yeni açılmış mağazası Bülbül pr-ti,5 ünvanında yerləşir.

Qeyd edək ki, «Baku Electronics» Azərbaycanda 15 ildən artıq fəaliyyət göstərir. Şirkət hər il mağaza şəbəkəsini genişləndirir və bu geniş şəbəkə sayəsində müasir və keyfiyyətli məişət texnikası və elektronikaya sahib olmaq istəyən insanlar evlərinə və iş yerlərinə ən yaxın «Baku Electronics» mağazasından arzuladıqları məhsulu əldə edə bilir. Şirkət ölkədə ilk dəfə məişət texnikasını kreditli şərtlərlə təqdim etməyə başlayıb. «Baku Electronics» yalnız keyfiyyətli məhsulların deyil, eyni zamanda əlverişli şərtlərin simvolu kimi ad qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR