Yaponiya hökuməti tam tərkibdə istefa verib

Yaponiya hökuməti tam tərkibdə istefa verib
# 26 dekabr 2012 03:09 (UTC +04:00)

Bakı-APA. Yaponiya hökuməti baş nazir Yosixito Noda daxil olmaqla tam tərkibdə istefa verib.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu qərar hökumətin paytaxt Tokioda keçirilən fövqəladə iclasında qəbul olunub.

Bir qədər sonra Yaponiya parlamentində baş nazir vəzifəsinə Liberal demokrat partiyasının namizədi Sindzo Abe ilə bağlı səsvermə keçiriləcək.

Liberal demokrat partiyası bu ay Yaponiya parlamentinin alt palatasına keçirilən seçkilərdə qələbə qazanıb.

Qeyd edək ki, Sindzo Abe 2006-2007 illərdə Yaponiya hökumətinə rəhbərlik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR