Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Londonda səfərdədir

Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Londonda səfərdədir
# 26 noyabr 2012 11:00 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan Dövlət Dəniz Administrasiyasının (ADDA) rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Londona xidməti səfərə yola düşüb.

ADDA mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, səfərdə məqsəd Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin noyabr 26-30-da keçiriləcək 91-ci sessiyasında iştirak etməkdir.

Sessiyanın gündəliyində duran əsas məsələlər “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”nın tələbləri, “Yük nişanı haqqında Beynəlxalq Konvensiya”nın, “Yanğın təhlükəsizliyi sistemləri üzrə Beynəlxalq Məcəllə”yə, “Təhlükəli kimyəvi maddələri qalama üsulu ilə daşıyan gəmilərin inşası və təminatı üzrə Beynəlxalq Məcəllə”yə, bütün növ gəmilərdə ballast tankları üçün qoruyucu örtük keyfiyyəti standartlarına və xam neft tankerlərinin neft çənləri üçün qoruyucu örtük keyfiyyəti standartlarına edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklər üzrə müzakirələrin aparılmasıdır.

Eyni zamanda Komitənin iclasında dənizdə təhlükəsizliyin artırılmasına dair tədbirlər, yeni gəmilərin inşa edilməsinə dair standartların müəyyən edilməsi, Dövlət bayraq nəzarəti, radio əlaqə, dənizdə həyata keçirilən axtarış və xilasetmə əməliyyatlarının təkmilləşdirilməsi, “Dənizçilərin hazırlanması, onlara diplom verilməsi və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın tətbiqi və s. kimi məsələlərlə əlaqədar ümumi müzakirələr aparılacaq.

ADDA rəisi Qüdrət Qurbanovun qeyd olunan tədbirdə bir neçə dövlətlərin dəniz administrasiyası rəhbərləri ilə görüşləri nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR