DİN-in Polis Akademiyasına qarşı 74 min manatlıq iddia təmin olunmayıb

DİN-in Polis Akademiyasına qarşı 74 min manatlıq iddia təmin olunmayıb
# 21 dekabr 2012 12:04 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində “Azərsu” ASC-nin

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qarşı apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə qərardad elan olunub. Qərardada əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, “Azərsu” ASC cavabdehin hesabından əsas borc, peniya və dövlət rüsumu üzrə cəmi 74.283,43 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması barədə iddia ilə 2 saylı Bakı Yerli İnzibati – İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR