Bahar Muradova: “Beynəlxalq təşkilatlar səviyyəsində təzyiq rıçaqlarını işə salmaqla Ermənistanı sülhə məcbur etmək olar”

Bahar Muradova: “Beynəlxalq təşkilatlar səviyyəsində təzyiq rıçaqlarını işə salmaqla Ermənistanı sülhə məcbur etmək olar”
# 22 noyabr 2012 10:35 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu açıqlamanı jurnalistlərə Milli Məclisin sədr müavini Bahar Muradova verib.

O bildirib ki, bu cür səfərlərlə danışıqlar prosesinin indiki vəziyyətini dəyişmək mümkündür. B. Muradovun sözlərinə görə, əgər tərəflər problemin danışıqlar yolu ilə həll edilməsinə sadiq olduqlarını bəyan edirlərsə, o zaman bu danışıqlar aparılmalıdır: “Təbii ki, danışıqlar ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə həyata keçirilir. Ona görə də onlar regiona mütəmadi olaraq səfər edirlər. Beynəlxalq hüquq prinsiplərini pozan və konstruktivlikdən uzaq mövqe sərgiləyən tərəfə təzyiqlər olmalıdır. Bu təzyiqin müxtəlif formaları var. Ən azı ATƏT-in Minsk Qrupu Ermənistanı konstruktivliyə çağıra bilər. Düşünürəm ki, beynəlxalq təşkilatlar səviyyəsində təzyiq rıçaqlarını işə salmaqla Ermənistanı sülhə məcbur etmək olar. Bunun üçün əməli və konkret tədbirlər görülməlidir. Əks təqdirdə isə düşünürəm ki, Azərbaycan öz ərazisində özünün səlahiyyətlərinə və imkanlarına uyğun tədbirlər həyata keçirməyə məcbur olacaq”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR