Türkiyənin məşhur kinoaktrisası Türkan Şoray Bakıya gələcək

Türkiyənin məşhur kinoaktrisası Türkan Şoray Bakıya gələcək
# 10 noyabr 2012 09:57 (UTC +04:00)
APA-nın festivalın rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, uzun illər boyunca öz istedadı ilə yalnız kinosevərlərin deyil, hər kəsin sevgisini qazanmış tanınmış sənətkar Türkan Şoray 3 gün müddətində şəhərimizin qonağı olacaq. Xəbərdə bildirilir ki, Türkan Şoray noyabr ayının 26-da toplantının rəsmi açılışında iştirak edəcək. Məhz elə həmin gün Türkan Şorayın iştirakı ilə kino sənəti sahəsində master-klass təşkil olunacaq. Master klass zamanı gənclərlə görüşəcək Türkan Şoray onlarla aktyorluq sənətinin sirrlərini və özünün professional biliklərini paylaşacaq. Master klassdan əlavə Türkan Şorayın yeni filminin nümayişi və müəllifi olduğu kitabın təqdimat mərasiminin keçirilməsi də nəzərdə tutulub.

Türkan Şoray 1945-ci ildə anadan olub. Onun kino ilə ilk tanışlığı isə 15 yaşında olub. 1960-cı illərdə çəkildiyi filmlərdə tanınmağa başlayan Türkan Şoray Antalya Film Festivalının ən mükəmməl film olaraq seçdiyi “Acı Həyat” filmi ilə ilk şöhrətini qazanıb. Ard-arda kino sahəsində 16 ən böyük mükafat əldə edən aktrisa qısa bir müddətdə bütün Türkiyənin ən sevimlisi olmağı bacarıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR