ABŞ Konqresinin Nümayəndələr Palatası Cekson-Venik düzəlişinin ləğvini dəstəkləyib

ABŞ Konqresinin Nümayəndələr Palatası Cekson-Venik düzəlişinin ləğvini dəstəkləyib
# 17 noyabr 2012 08:45 (UTC +04:00)

Bakı – APA. ABŞ Konqresinin aşağı palatası Cekson-Venik düzəlişinin ləğvini dəstəkləyib. APA-nın xəbərinə görə, bu barədə ABŞ Konqresinin saytında bildirilir.

Düzəlişin ləğvinə 365 konqresmen səs verib, 43 nəfər bunun əleyhinə çıxıb, 23 nəfər isə səsvermədə iştirak etməyib.

Nümayəndələr Palatasından sonra düzəlişin ləğvi məsələsi ABŞ Konqresinin yuxarı palatasının – Senatın müzakirəsinə çıxarılacaq. ABŞ prezidenti Barak Obamanın bu ilin sonunadək müvafiq qanunu imzalaması gözlənilir.

Qeyd edək ki, 1974-cü ildə ABŞ-da “Ticarət haqqında” qanuna Cekson-Venik düzəlişi qəbul edilib. Onun məqsədi bazar iqtisadiyyatına malik olmayan ölkələr, ilk növbədə SSRİ ilə ticarət və emiqrasiya münasibətlərini məhdudlaşdırmaq olub.

Xatırladaq ki, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Cekson-Venik düzəlişinin Azərbaycana deyil, daha çox Rusiya ilə münasibətlərə təsir etdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR