Sabah Bakıda “Yeni nəsil: sərhədsiz məsuliyyət” adlı II Beynəlxalq Gənclər Forumu başlayacaq

Sabah Bakıda “Yeni nəsil: sərhədsiz məsuliyyət” adlı II Beynəlxalq Gənclər Forumu başlayacaq
# 20 noyabr 2012 13:03 (UTC +04:00)

Bakı-APA. Qafqazda yaşayan gənclər arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, mədəniyyətlərarası dialoqun dəstəklənməsi, gənc nəslin dinc və davamlı inkişafında, münaqişələrin həllində, məlumatın əldə edilməsində və ötürülməsində məsuliyyətin artırılması məqsədi sabah Bakıda “Yeni nəsil: sərhədsiz məsuliyyət” adlı II Beynəlxalq Gənclər Forumu keçiriləcək. Gənclər və İdman Nazirliyindən APA-ya verilən məlumata görə, forumda Azərbaycan və Rusiyanın gənclərlə işləyən dövlət orqanlarının və hökumət nümayəndələrinin, qeyri-hökumət təşkilatları rəhbərlərinin, gənc alimlərin, ictimai fəal, yaradıcı və istedadlı gənclərin iştirakı nəzərdə tutulub.

Tədbirin proqramına əsasən, sabah Forum iştirakçıları Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəklər. Noyabrın 22-də forumun rəsmi açılış mərasimi keçiriləcək. Forum zamanı panel müzakirələrin aparılması, həmçinin Bakıda tanışlıq məqsədi ilə gəzintilərinin və Naxçıvan Muxtar Respublikasına səfərin təşkil edilməsi planlaşdırılır. Tədbir noyabrın 24-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR