Elmar Məmmədyarov Argentinanın Azərbaycandakı müvəqqəti işlər vəkilini qəbul edib

Elmar Məmmədyarov Argentinanın Azərbaycandakı müvəqqəti işlər vəkilini qəbul edib
# 12 noyabr 2012 15:01 (UTC +04:00)

Bakı-APA. Xarici işlər naziri Elmar Məmmədyarov Argentinanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xorxe Raballonu fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə Argentina arasında münasibətlərin inkişafından məmnunluq ifadə edilib.

Müvəqqəti işlər vəkili Azərbaycandakı fəaliyyətindən razı qaldığını bildirib və Argentinanın ölkəmizlə münasibətlərinin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb.

Görüş zamanı iki ölkə arasında səfərlər mübadiləsinin həyata keçirilməsinin vacibliyi qeyd olunub.

Nazir Elmar Məmmədyarov Xorxe Rabbaloya gələcək fəaliyyətində uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR