BMT-nin regional koordinatoru: “Azərbaycanda “yaşıl iqtisadiyyat”ın yaradılması üçün əlverişli şərait var”

BMT-nin regional koordinatoru: “Azərbaycanda “yaşıl iqtisadiyyat”ın yaradılması üçün əlverişli şərait var”
# 15 noyabr 2012 09:25 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycanda “yaşıl iqtisadiyyat”ın yaradılması üçün əlverişli şərait var. Bu istiqamətdə görülən işləri BMT çox yüksək qiymətləndirir”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında BMT-nin ətraf mühit proqramının Avropa üzrə regional koordinatoru Mahir Əliyev bildirib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə əsasən 3 sahə - energetika, kənd təsərrüfatı və nəqliyyat sahələri araşdırılır və öyrənilir: “Bu sahələrdə “yaşıl iqtisadiyyat”a keçid üçün mühüm potensial var. Azərbaycanda xüsusilə energetika sahəsində bərpa olunan enerjidən istifadə, kənd təsərrüfatında aqrar sektorun müasir tələblərə əsasən inkişafı, nəqliyyat sahəsində seçim zamanı mövcud texnologiyalara üstünlük verildiyi üçün bütün münbit şəraitlər mövcuddur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR