Meksikada avtoqəza 20-dən artıq insanın yaralanması ilə nəticələnib

Meksikada avtoqəza 20-dən artıq insanın yaralanması ilə nəticələnib
# 13 noyabr 2012 02:39 (UTC +04:00)

Bakı-APA. Meksikanın Monterrey şəhəri ətrafında iki avtobusun toqquşması 20-dən artıq insanın yaralanmasına səbəb olub.

Qəza avtobuslardan birinin svetoforun qadağanedici işarəsini görməyən sürücüsünün diqqətsizliyi ucbatından baş verib. Nəticədə içərisində onlarla sərnişin olan iki nəqliyyat vasitəsi böyük sürətlə yolayrıcında toqquşublar.

Zərbədən avtobuslardan biri yaxınlıqdakı binaya dəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR