Azərbaycanlı rəssamın İzmirdə sərgisi açılıb

Azərbaycanlı rəssamın İzmirdə sərgisi açılıb
# 08 dekabr 2012 11:59 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı – APA. Türkiyədə yaşayan və fəaliyyətini bu ölkədə davam etdirən Azərbaycan əsilli rəssam Orxan Cəbrayıloğlunun İzmirdə sərgisi açılıb. APA-nın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, sərginin açılışında Doqquz Eylül Universitetinin Pedaqogika Fakültəsinin professoru Bədri Karayağmurlar Orxan Cəbrayıloğlunun çalışqan bir rəssam olduğunu qeyd edib: “Onun rəsmlərindəki yüksək enerjidən də bunu hiss etməniz mümkündür”.

Azərbaycanlı rəssamın sərgisi yanvarın 14-nə kimi Ege Universiteti Yusif Vardar Mötbe Mədəniyyət Mərkəzində sənətsevərlərin ixtiyarında olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR