Los Anceles Beynəlxalq Münasibətlər Şurasında Azərbaycana dair tədbir keçirilib - FOTOSESSİYA

Los Anceles Beynəlxalq Münasibətlər Şurasında Azərbaycana dair tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 16 noyabr 2012 10:57 (UTC +04:00)

Bakı-APA0 Los Anceles Beynəlxalq Münasibətlər Şurasında (Los Angeles World Affairs Council) Azərbaycana həsr olunmuş geniş tədbir keçirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, sözügedən Şura Kaliforniyada beynəlxalq münasibətlər sahəsində ən nüfuzlu təşkilat hesab edilir. Şuranın idarə heyətində Kaliforniyanın ictimai-siyasi həyatında mühüm rol oynayan tanınmış şəxslər təmsil olunurlar. Tədbirdə Şuranın idarə heyətinin üzvləri ilə yanaşı, Los Ancelesdə fəaliyyət göstərən müxtəlif KİV nümayəndələri, universitet professorları, iş adamları, xarici ölkələrin baş və fəxri konsulları, Hollivud fimlərinin bəstəkarları və digər mədəniyyət xadimləri, eləcə də Azərbaycan, yəhudi və erməni icmasının üzvləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Şuranın prezidenti, vaxtilə TIME jurnalının, eləcə də ABC News və CBS News kimi telekanalların aparıcı müxbiri olmuş Terri MakKarti Azərbaycanın yüksək inkişaf etmiş neft sənayesinə malik olduğunu, eyni zamanda burada böyük sayda yəhudi icmasının uzun əsrlərdən bəri dinc şəraitdə yaşadığını, eləcə də Azərbaycanın İsrail ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulu Nəsimi Ağayev çıxışında Azərbaycanın zəngin tarixi və mədəniyyəti, müstəqilliyinin bərpasından keçən dövr ərzində sürətli və hərtərəfli inkişafı, regionda lider dövlətə çevrilməsi, həmçinin güclü etnik və dini dözümlülük ənənələri barədə danışıb. Eyni zamanda, diplomat Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı və bu işğal nəticəsində 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi barədə iştirakçıları ətraflı şəkildə məlumatlandırıb.

N.Ağayev Ermənistanın gələcəyinin Azərbaycan ilə sülhdən birbaşa asılı olduğunu bildirərək, Ermənistan rəhbərliyinin bu reallığı tez bir zamanda dərk etməli olduğunu diqqətə çatdırıb.

Daha sonra tədbir Azərbaycan muğam ustalarının çıxışı ilə davam edib. Xanəndələrin ifa etdiyi “Sarı Gəlin” və “Qarabağ Şikəstəsi” mahnıları iştirakçıların ayaqüstü alqışları ilə qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR