Azərbaycan prezidenti Avropa Olimpiya Komitəsinin prezidentini qəbul edib

Azərbaycan prezidenti Avropa Olimpiya Komitəsinin prezidentini qəbul edib
# 13 noyabr 2012 14:25 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev noyabrın 13-də Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini qəbul edib. APA-nın məlumatına görə,

görüşdə ölkədə idmanın bütün sahələrinin inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlərin əhəmiyyəti vurğulanıb, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda, o cümlədən London Yay Olimpiya Oyunlarında əldə etdiyi uğurlar yüksək qiymətləndirilib, ölkənin müvafiq qurumları ilə Avropa Olimpiya Komitəsi arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR