Rusiya Qazaxıstandakı RLS-dən və Baykonur kosmodromundan da imtina edir

Rusiya Qazaxıstandakı RLS-dən və Baykonur kosmodromundan da imtina edir
# 13 dekabr 2012 10:12 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə «Nezavismaya Qazeta» Rusiya Müdafiə Nazirliyindəki mənbəyə istinadən xəbər yayıb.

Rusiya Balxaş RLS-i Barnaulda inşa edilən daha müasir RLS-lə əvəzləməyi düşünür.

Rusiya Müdafiə Nazirliyindəki mənbə Baykonur kosmodromunun 2050-ci ilə qədər icarəsinə dair Rusiya və Qazaxıstan arasında imzalanmış müqavilənin vaxtından əvvəl dayandırılmasının mümkünlüyünü də qeyd edib. Bu kosmodromu Plesetskdə inşa olunan hərbi sınaq kosmodromunun, yaxud Amurda tikintisi planlaşdırılan «Vostok» kosmik poliqonunun əvəz edəcəyi gözlənilir.

Məqalədə qeyd olunub ki, artıq Kremldə ölkə xaricindəki yüksək texnologiyalı hərbi obyektlərin əhəmiyyətli ixtisarı haqqında prinsipial qərar qəbul edilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR