Mətbuat Şurası: Bu gün Bakıda keçirilən aksiyada jurnalistlərə hər hansı maneə törədilməsi faktı qeydə alınmayıb

Mətbuat Şurası: Bu gün Bakıda keçirilən aksiyada jurnalistlərə hər hansı maneə törədilməsi faktı qeydə alınmayıb
# 10 dekabr 2012 14:49 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Mətbuat Şurasının monitorinq qrupu bu gün Bakının mərkəzində müxalifətin keçirməyə cəhd etdiyi razılaşdırılmamış aksiyada jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələrinin monitorinqini aparıb. Şuradan APA-ya verilən məlumata görə, tərkibinə Daxili İşlər Nazirliyinin əməkdaşlarının da daxil olduqları monitorinq qrupunun üzvləri müəyyənləşdiriblər ki, aksiyanı işıqlandıran jurnalistlər üzərində «PRESS» yazılmış xüsusi gödəkcələrdə olublar. Onların peşə fəaliyyətlərini yerinə yetirmələrinə hər hansı maneə törədilməsi faktı qeydə alınmayıb.

MŞ eyni zamanda bildirir ki, bu gün keçirilmiş aksiyanı işıqlandıran hər hansı jurnalist problemlərlə üzləşməsinə dair Şuraya müraciət etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR