Xaçmazda 61 yaşlı piyadanı maşın vurub

Xaçmazda 61 yaşlı piyadanı maşın vurub
# 17 noyabr 2012 07:19 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Xaçmaz şəhəri ərazisində yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, şəhər sakini Bayram Dəmirov idarə etdiyi “VAZ-2106” markalı 27 AA 147 dövlət nömrə nişanlı avtomaşınla 61 yaşlı piyada Saçlı Cəlilovanı vurub. Piyada müxtəlif dərəcəli xəsarətlərlə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR