Bakıda Qazaxıstan Mədəniyyət Günləri başlayır  - FOTO

Bakıda Qazaxıstan Mədəniyyət Günləri başlayır  - <span style="color: red;">FOTO
# 19 noyabr 2012 09:04 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı-APA. Bu gün Azərbaycanda Qazaxıstan Mədəniyyət Günlərinə start verilir. APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mədəniyyət Günləri çərçivəsində ölkəmizdə səfərdə olan Qazaxıstanın mədəniyyət və informasiya naziri Mınbay Darxan Kamzabekulının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, keçən il Qazaxıstanda keçirilən Azərbaycan Mədəniyyət Günləri çox yüksək səviyyədə baş tutub: “Hər iki ölkə arasında mədəni əlaqələr mövcuddur. Bununla yanaşı, turizm sahəsində əlaqələrimiz mövcuddur. Belə son 1 il ərzində Qazaxıstandan ölkəmizə gələnlərin sayı 10 min nəfər artıb”. Qazaxıstanla elektron kitab mübadiləsi sahəsində əməkdaşlığın artırılmasının labüd olduğunu deyən nazir həmkarına gələn ilin 29 may - 1 iyun tarixində Azərbaycanda II Beynəlxalq Mədəniyyət Forumu keçiriləcəyini xatırladıb. Qazaxıstanın mədəniyyət və informasiya naziri Mınbay Darxan Kamzabekulı, hər iki ölkənin mədəniyyət münasibətlərinin qədim köklərə söykəndiyini qeyd edib. Mınbay Darxan onu da vurğulayıb ki, Azərbaycan son zamanlar beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir ki və bu təqdirə layiqdir: “Hər iki ölkənin mədəniyyət infrastrukturunu dünya standartlarına cavab verməsi üçün bundan sonra da işləri davam etdirmək lazımdır”.

Qeyd edək ki, Qazaxıstan Mədəniyyət Günləri prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında mədəniyyət, elm və turizm sahəsində uzunmüddətli əməkdaşlıq haqqında" proqramına əsasən həyata keçirilir.

Qeyd edək ki, bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qazaxıstan Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi keçiriləcək və teatrın foyesində fotosərgi təşkil olunacaq. Fotosərginin açılışı saat 18:30-da, təntənəli konsert isə saat 19:00-da başlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR