BVF: Azərbaycan özəl sektorun inkişafına diqqət yetirməlidir - FOTO

BVF: Azərbaycan özəl sektorun inkişafına diqqət yetirməlidir   - <span style="color: red;">FOTO
# 20 noyabr 2012 09:56 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqi bildirib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatın diversifikasiyasını davam etdirməlidir: «Hazırda ölkədə bir sıra sahələrdə dövlət xərcləri aparıcı qüvvə rolu oynayır, dövlət ölkədə biznes mühitini dəstəkləyir. Buna baxmayaraq, Azərbaycan özəl sektorun inkişafına bir qədər də diqqət yetirməlidir».

BVF rəsmisi Azərbaycan hökumətinə özəl sektorda rəqabəti artırmağı, inhisarçılığın qarşısını almaq istiqamətində müvafiq tədbirlərin görülməsini, qanunvericiliyin təkmilləşdirilməsini tövsiyə edib: «Azərbaycanda özəl sektorun imkanları çox genişdir və perspektivdə ölkənin biznes mühiti bir qədər də inkişaf edə bilər ki, Azərbaycan da regionda aparıcı ölkəyə çevrilə bilər».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR