Suriyada törədilən terror aktlarında 24 nəfər həlak olub, 25-dən çox insan yaralanıb

Suriyada törədilən terror aktlarında 24 nəfər həlak olub, 25-dən çox insan yaralanıb
# 13 dekabr 2012 16:57 (UTC +04:00)

Bakı – APA. Dəməşq yaxınlığındakı qəsəbədə minalanmış avtomobilin partladılması nəticəsində 8 nəfər ölüb. APA-nın Suriyanın dövlət KİV-inə istinadən verdiyi məlumata görə, ölənlərin əksəriyyəti qadınlar və uşaqlardır. İnsidentin təfərrüatları barədə məlumat verilmir.

Bu gün Dəməşqin cənubunda yerləşən Katana şəhərində də partlayış törədilib. Terror aktı nəticəsində 16 nəfər həlak olub, 25-dən çox insan yaralanıb. Həmin hadisə nəticəsində də ölən və yaralananlar arasında qadın və uşaqlar olub.

Suriyada silahlı konflikt 20 aydan artıqdır davam edir. Bu müddətdə müxtəlif məlumatlara görə, 20-40 min nəfər ölüb, 100 minlərlə insan qaçqın düşüb.

Ölkə rəhbərliyi “Əl-Qaidə” ilə əlaqəsi olan qruplarla mübarizə apardığını bəyan edir. Rəsmi Dəməşq həmin qüvvələrə qərb və bəzi ərəb dövlətlərinin dəstək verdiyini də açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR