Əfqanıstanda ABŞ hərbi bazasında törədilmiş terror aktı nəticəsində üç nəfər həlak olub

Əfqanıstanda ABŞ hərbi bazasında törədilmiş terror aktı nəticəsində üç nəfər həlak olub
# 27 dekabr 2012 02:22 (UTC +04:00)

Bakı-APA. Əfqanıstanda ABŞ hərbi bazasında törədilmiş terror aktı nəticəsində üç nəfər həlak olub. Host şəhərində NATO bazası yerləşən binanın yaxınlığında minalanmış furqon partladılıb. APA-nın “Röyters” agentliyinə istinadən verdiyi xəbərə görə, furqonu terrorçu-kamikadze partladıb.

Nəticədə terrorçu daxil olmaqla üç nəfər həlak olub. ABŞ Silahlı Qüvvələrinin nümayəndələri bildirirlər ki, ölənlərin hamısı Əfqanıstan vətəndaşıdır. NATO bazası yerləşən binaya heç bir ziyan dəyməyib.

Hadisəyə görə məsuliyyəti Taliban hərəkatı öz üzərinə götürüb

Əfqanıstanda həlak olmuş ABŞ hərbçilərin ümumi sayı 2 min nəfəri keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR