«Paşa Sığorta» Azərbaycan Mərkəzi Bankının əməkdaşlarını sığortalayacaq

«Paşa Sığorta» Azərbaycan Mərkəzi Bankının əməkdaşlarını sığortalayacaq
# 28 noyabr 2012 14:35 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) əməkdaşlarının tibbi sığortalanması ilə əlaqədar keçirilən tenderin qalibi müəyyənləşib.

Tender Komissiyasından «APA-Economics»ə verilən məlumata görə, sözügedən tenderdə təqdim edilmiş təkliflərin qiymətləndirilməsinin nəticələrinə əsasən, Tender Komissiyasının qərarı ilə «Paşa Sığorta» ASC müsabiqənin qalibi elan olunub.

Artıq AMB və «Paşa Sığorta» şirkəti arasında müvafiq sığorta müqaviləsi imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR