Səlim Müslümov: "1100-dən çox şəxsə stasionar, 11,2 min tənha ahıl və əlilə isə evlərində sosial xidmətlər göstərilir"

Səlim Müslümov: "1100-dən çox şəxsə stasionar, 11,2 min tənha ahıl və əlilə isə evlərində sosial xidmətlər göstərilir"
# 29 noyabr 2017 09:35 (UTC +04:00)

"Hazırda 1100 nəfərdən çox şəxsə sosial xidmət müəssisələrində stasionar şəraitdə, 11,2 min nəfər tənha ahıl və əlil şəxsə evlərində səyyar formada sosial xidmətlər göstərilir".

APA-nın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov "Sosial xidmət müəssisələrinin işinin təşkili: Avropa standartları və Azərbaycan təcrübəsi" mövzusunda keçirilmiş konfransda deyib.

Nazir bildirib ki, bölgələrdə sosial xidmətlərə ehtiyacların müəyyən olunması üçün sosial xəritələşmənin aparılması və sosial xidmət müəssisələri şəbəkəsinin, eləcə də sosial sifarişlər üzrə icra olunan sosial xidmət layihələrinin icrası işləri bu sahədə qarşıda duran ilkin məqsədlərdəndir.

Konfransda çıxış edən Avropa İttifaqının ( Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas qeyd edib ki, Aİ-nin Azərbaycana gəlişinin məqsədi kömək etməkdir. Onun sözlərinə görə, Aİ-nin hər bir ölkədə əsas diqqət etdiyi istiqamətlərdən biri sosial müdafiədir: "Azərbaycanda bu sahədə görülmüş işlər çox təqdirəlayiqdir və bu işlərdə Avropa standartlarının tətbiqini yüksək qiymətləndirirəm. Düşünürəm ki, müasir cəmiyyətdə heç kim kənarda qalmamalı, bütün yardımlardan istifadə edilməlidir. Azərbaycan bu sahədə artıq vacib işləri görüb".

Konfransda çıxış edən UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Min Yuan deyib ki, UNİCEF və ƏƏSMN arasında uzun müddətdir sosial müdafiə sahəsində layihələr həyata keçirilir. Azərbaycanda de-institutlaşdırma prosesinin başlanmasını təqdir edən M. Yuan bildirib ki, ölkədə uşaqların rifahının artırılması üçün daha çox investisiya qoyulmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR