İnsan inkişafı indeksi üzrə dövlətlərin reytinqində Azərbaycan 78-ci yerdədir

İnsan inkişafı indeksi üzrə dövlətlərin reytinqində Azərbaycan 78-ci yerdədir
# 22 mart 2017 07:47 (UTC +04:00)

İnsan inkişafı indeksi üzrə dövlətlərin reytinqində Azərbaycan 78-ci yerdədir. APA-nın xəbərinə görə, bu barədə məlumat BMT İnkişaf Proqramının dərc etdiyi ənənəvi hesabatında yer alıb.

Reytinqdə ilk beş yeri Norveç, Avstraliya,İsveçrə, Almaniya və Danimarka tutub, ABŞ 10-cü, Rusiya isə 49-cu yerdə qərarlaşıb. Sıralanmada Belarus 52-ci ,Qazaxıstan 56-ci, Gürcüstan 70-ci yerdə qərarlaşıb.

Ermənistan və Ukrayna reytinqdə 84-cü yerdədir. Məruzədə deyilir ki, 1990-2015-ci illərdə “insan inkişafının” orta göstəriciləri regionlar üzrə artıb. Bununla belə, dünyada yaşayan əhalinin üçdə biri minimal yaşayış həddindən, hazırda inkişaf etmiş ölkələrdə 300 milyon insan yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Hesabatda həmçinin vurğulanır ki, müxtəlif ölkələrdə 250 milyondan çox insan milli ayrı seçkiliyə məruz qalır, 70 ölkədə eynicinsli nikahlar qanunsuz hesab edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR