Azərbaycan millisi Fil Dişi Sahilinə yollanır

Azərbaycan millisi Fil Dişi Sahilinə yollanır
# 29 noyabr 2017 09:01 (UTC +04:00)

Dekabrın 2-də Fil Dişi Sahilinin Əbican şəhərində taekvondo üzrə Qran-Pri yarışlarının final mərhələsi keçiriləcək. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, 2 gün davam edəcək turnirə Azərbaycan millisi də qatılacaq.

Belə ki, mükafatlar uğrunda Ayxan Tağızadə, Məhəmməd Məmmədov (hər ikisi 68 kq), Milad Beigi Harçeqani (80 kq) və Radik İsayev (+80 kq) mübarizə aparacaqlar. Qalib idmançı aktivinə 80, ikinci yer 48, üçüncü yerə sahib olan isə 28.8 reytinq xalı əlavə edəcək.

Reza Mehmandostun rəhbərlik etdiyi komanda səfərə bu gün yollanacaq və dekabrın 5-də vətənə qayıdacaq.

Qeyd edək ki, Qran-pri Rusiyanın paytaxtı Moskvada startı götürüb, Mərakeş və Böyük Britaniyada növbəti mərhələlər keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR