İspaniyada güclü yağış və daşqın baş verib, ölən var

İspaniyada güclü yağış və daşqın baş verib, ölən var
# 04 dekabr 2016 17:09 (UTC +04:00)

İspaniyanın Andalusiya muxtar birliyində yağan güclü yağış və baş verən daşqın nəticəsində 1 nəfər ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Malaqa şəhərində 26 yaşlı qadın suda boğularaq ölüb.

Məlumata görə, regionun bir çox yaşayış məntəqələri şiddətli yağış nəticəsində su altında qalıb. Təbii fəlakət zonasına polis, xilasedicilər, təcili yardım briqadaları cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR