Rusiya helikopteri Cənubi Sudanda səhvən vurulub

Rusiya helikopteri Cənubi Sudanda səhvən vurulub
# 22 dekabr 2012 03:31 (UTC +04:00)

Bakı-APA. Cənubi Sudan ordusu BMT-yə məxsus Rusiyanın “Mi-8” helikopterin vurulmasına və ekipajın həlak olmasına görə məsuliyyəti öz üzərinə götürüb. APA-nın “Frans-Press”ə istinadən verdiyi xəbərə görə, Cənubi Sudanın hərbi rəsmi nümayəndəsi Filip Agera qeyd edib ki, helikopter düşmən obyekti kimi qəbul olunaraq səhvən vurulub. Onun sözlərinə görə, bu səhv BMT helikopterin uçuş marşrutu barədə Cənubi Sudan ordusunu məlumatlandırmadığına görə baş verib. “Mi-8” zenit qurğusundan vurulub.

“RİA Novosti” Rusiyanın güc strukturlarında olan mənbələrə istinadən hadisə nəticəsində dördü rusiyalı olmaqla, beş nəfərin həlak olduğu barədə məlumat yayıb.

Bundan əvvəl Cənubi Sudan ordusu hadisə ilə bağlı helikopterin üsyançılar tərəfindən vurulduğunu bəyan etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR