Pirallahıda tikiləcək əczaçılıq zavodunun dəyəri açıqlanıb

Pirallahıda tikiləcək əczaçılıq zavodunun dəyəri açıqlanıb
# 01 noyabr 2016 08:23 (UTC +04:00)

Rusiyaya şirkəti Azərbaycanda əczaçılıq məhsullarının istehsalı zavodu inşa edəcək.

"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən VII Azərbaycan-Rusiya regionlararası forumunda deyib.

"Noyabrın 2-də isə Pirallahı Sənaye Parkında Azərbaycan İnvestisiya Şirkətinin və Rusiyanın "R-Farm" şirkətinin iştirakı ilə investisiya dəyəri 74 milyon dollar olan əczaçılıq məhsullarının istehsalı zavodunun təməli qoyulacaq", - deyə nazir vurğulayıb.

Xatırladaq ki, yeni yaradılmış Pirallahı Sənaye Parkında ilkin mərhələdə 100-dən çox əczaçılıq məhsullarının istehsalı nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR