İranda görünməz mürəkkəb istehsal edilib

İranda görünməz mürəkkəb istehsal edilib
# 13 dekabr 2012 10:23 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İran hərbi məqsədlər və təhlükəsizliyin təmin edilməsi sahəsində istifadə oluna biləcək görünməz mürəkkəb istehsal edib.

APA-nın İRİB-ə istinadən məlumatına görə, İranın kartric istehsalı üzrə “System Sakht” şirkətinin rəhbəri Əlirza Kəmkar bildirib ki, yeni ixtira ölkənin Şərif Universiteti tərəfindən bəyənilib və patent əldə olunub.

Bu mürəkkəblərin tətbiq edilməsi ilə mətn və təsvirin möhürü açıla biləcək. Şirkət hazırda müştərilər axtarır və gələcəkdə bu kartriclərin kütləvi istehsalı üçün potensial var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR