Dövlət Kino-Foto Sənədləri Arxivinə Səhiyyə Nazirliyi haqqında yeni sənədlər daxil olub

Dövlət Kino-Foto Sənədləri Arxivinə Səhiyyə Nazirliyi haqqında yeni sənədlər daxil olub
# 21 noyabr 2012 11:11 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Dövlət Kino-Foto Sənədləri Arxivinə Səhiyyə Nazirliyi tərəfindən 86 saxlama vahidi fotosənəd, 3 saxlama vahidi kino (video) sənəd verilib.

Milli Arxiv İdarəsindən APA-ya verilən xəbərə görə, kino-foto sənədlər müstəqillik illərində səhiyyə sisteminin fəaliyyətini əks etdirir.

Dövlət Proqramlarının, Sağlamlıq üzrə Milli Strategiyanın yerinə yetirilməsi, səhiyyə ocaqlarının dünya standartlarına uyğun qurulması, avadanlıqlaşdırılması, beynəlxalq əlaqələr, dövlətlərarası sazişlər, kadr hazırlığı daimi dövlət mühafizəsinə verilmiş sənədlərin əsas mövzusudur. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr sənədlərin say tərkibində üstünlük təşkil edir. Hazırda Arxivdə fotosənədlərin qısa məzmunu hazırlanır və arxiv fonduna qəbul üçün rəsmiləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR