Misir Mərdanov: “Məktəblərdə elektron lövhələrin alınmasına valideynlər pul xərcləməməlidir”

Misir Mərdanov: “Məktəblərdə elektron lövhələrin alınmasına valideynlər pul xərcləməməlidir”
# 18 dekabr 2012 08:07 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, sadəcə, bir neçə məktəbdə müəllimlər daha yüksək səviyyəli smart-lövhənin olmasını istəyir. Onun sözlərinə görə, artıq bu xəbər nazirə çatıb: “Bunun qarşısını dərhal almışam. Valideynlər bir manat da olsa, bu məsələlər üçün pul xərcləməməlidir. Bu məsələ ilə bağlı mənə müraciət etsinlər. Mənim internet ünvanım və nömrəm hər zaman açıqdır. Belə hadisələr eşidən kimi bunun qarşısını alıram. Buradan da elan edirəm ki, məktəbin tikintisi və bütün vəsaitlərlə prezidentin diqqəti və qayğısı nəticəsində Azərbaycan hökuməti tərəfindən təmin olunur. Mənim poçt ünvanıma təhsilin bütün problemləri ilə bağlı hər zaman bir çox müraciətlər daxil olur və onların həlli istiqamətində müvafiq tapşırıqlarımı verirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR